Vasif Durarbəyli 1/16 finalın ilk oyununda qalib gəldi

23 İyul, 12:39 Sosial mediada paylaşın:
Rusiyada şahmat üzrə Dünya Kuboku yarışları davam edir. Soçi şəhərində keçirilən turnirdə 1/16 final mərhələsinin ilk oyunları olub.
Yarışda mübarizəni davam etdirən yeganə şahmatçımız Vasif Durarbəyli özbəkistanlı Nadirbek Abdusattorov ilə üz-üzə gəlib. Şahmatçımız ilk partiyada qalib gılib. Bu gün tərəflər yenidən üz-üzə gələcəklər. Xatırladaq ki, Dünya kubokuna qatılan yeddi şahmatçımızdadan altısı - Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova yarışda mübarizəni dayandırıblar. Dünya Kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə əldə edəcək.

CANLI YAYIM