Bu gün Olimpiya Oyunlarının rəsmi açılış mərasimi olacaq

23 İyul, 11:10 Sosial mediada paylaşın:
Ötən il koronavirus pandemiyasına görə təxirtə salınan Tokio Yay Olimpiya Oyunları nəhayət ki, reallaşdı. İdmançıların və  azarkeşlərinin böyük səbirsizliklə gözlədiyi 4 illiyin zirvə yarışının rəsmi açılış mərasimi bu gün olacaq.
Əlbəttə, 32-ci Yay Olimpiya Oyunları digərlərindən fərqləndirən ən başlıca səbəb pandemiya səraitində keçirilməsidir. Açılış mərasimi və yarışlar ciddi karantin qaydalarına riayət edilməklə təşkil olunacaq. Yaponiydakı epidemioloji vəziyyətlə əlaqədar Olimpiada ilk dəfə azarkeşsiz keçiriləcək.   Oyunlarda 206 ölkədən ümumilikdə 11 000-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparacaq. "Sabahı kəşf et" şüarı ilə təşkil olunacaq Olimpiadanın açılışı Yaponiya Milli Stadionunda keçiriləcək. Yarışlar üçün 41 idman obyekti ayrılıb. Tokio Yay Olimpiya yeni idman növləri də daxil edilib. . Oyunlarının prioqramına idman dırmanması, karate, skeytbord və sörfinq ilk dəfə olimpiadanın proqramında yer alıb. Bundan başqa, softbol 2008-ci il Pekin olimpiadasından sonra yenidən Oyunlara daxil edilib. Yeri gəlmişkən, yarış iyulun 21-də softbol üzrə qadınlardan ibarət Yaponiya və Avstraliya yığmaları arasında oyunla start götürüb. Olimpiadada 36 idman növü üzrə ümumilikdə 339 dəst medal sahibini tapacaq. Diametri 60 millimetr, qalınlığı isə 3 millimetr olan medallar təkrar istehsal əsasında hazırlanıb. Onun bir üzündə italiyalı rəssam Qassolinin çəkdiyi "Zəfər tanrı"sı, digər tərəfində isə təşkilatçı ölkənin emblemi həkk olunub.  Tokio olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Lisenziyaların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate növlərində qazanılıb. Bunan başqa atletika,  üzgüçülük , taekvondo, idman gimanstikası yarışlarda 2,  güllə atıcılığı, şosse velosipedi, qılıncoynatma,  badminton, triatlon və 1-i stend atıcılığı yarlışlarında 1 idmançımız çıxış edəcək. Oyunlarda ilk dəfə kişi və qadın olmaqla, iki bayraqdar olacaq. Azərbaycan komnadasında bu funksiyanı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova yerinə yetirəcək.
Qeyd  edək ki, Tokio Yay Olimpiya Oyunlarıın açılış mərasimi bu  gün Bakı vaxtı ilə saat 15-də başlayacaq. Yarışlar “İdman Tv”də canlı yayımlanır.

CANLI YAYIM