"Qalatasaray"dan uğursuz başlanğıc

22 İyul, 14:30 Sosial mediada paylaşın:
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində yerli azarkeşlərin maraqla izlədiyi daha bir komanda “Qalatasaray” Niderlandın Eyndhoven yerli PSV-nin qonağı olub.
Meydan sahibləri artıq 2-ci dəqiqədə hesabı açıblar. Eran Zahavi qapını dəqiq nişan alıb. 35-ci dəqiqədə israilli futbolçu dubl edib. 7 dəqiqə sonra Emre Kılınç fərqi minimuma endirib. Fasilədən sonra təzyiqini artıran PSV futbolçuları daha 3 qol vurmaqla böyük hesablı qələbəni təmin ediblər. Əvvəlcə 51-ci dəqiqədə Mario Götze fərqlənib. Oyunun sonuna yaxın o da dubl ilə fərqlənib. 4 dəqiqə sonra eran Zahavi het-trik edərək diqqət mərkəzinə düşüb. PSV – “Qalatasaray” 5:1. Cavab oyunu iyulun 28-də İstanbulda keçiriləcək.

CANLI YAYIM