Messi 6-cı dəfə "Qızıl buts"u qazandı

16 Oktyabr, 19:46 Sosial mediada paylaşın:
"Barselona" və Argentina millisinin kapitanı Lionel Messi karyerası ərzində 6-cı dəfə "Qızıl buts" mükafatını qazanıb.
 
32 yaşlı hücumçu bu mükafata La Liqanın 2018-19 mövsümündə vurduğu 36 qola görə layiq görülüb. O, qeyd edilən nominasiyada PSJ-nin hücumçusu Kilian Mbappeni qabaqlamağı bacarıb. Mbappe ötən mövsüm Fransa çempionatında 33 qolla yadda qalıb.
 
Qeyd edək ki, Messi bu mükafatı 6 dəfə qazanmağı bacaran yeganə oyunçudur.

CANLI YAYIM