"Ayaks” ÇL oyununa qatarla gedəcək

16 Oktyabr, 17:54 Sosial mediada paylaşın:
“Ayaks” Çempionlar Liqasının 5-ci turunda səfərdə “Lill”lə qarşılaşacaq.
 
Hollandiya klubu Fransa səfərinə təyyarə ilə deyil, qatarla gedəcək.
 
Bunu yerli mətbuata açıqlamasında klubun idman direktoru Edvin Van der Sar deyib. O, Lillə qatarla səyahət etməyin əlverişli olduğunu və bu halda futbolçuların daha az yorulacağını bildirib.
 
Qeyd edək ki, "Lill” – “Ayaks” oyunu noyabrın 28-də keçiriləcək.

CANLI YAYIM