"Neftçi" Yunanıstanda minimal hesabla məğlub oldu

22 İyul, 11:35 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" "Olimpiakos"un qonağı olub.
Yunanıstanda keçirilən görüşə maraq böyük idi. İlk dəqiqələrdən üstünlyüə yiyələnən rəqib komandanın futbolçuları ardıcıl hücumlar təşkil ediblər. Onların bu cəhdləri 29-cu dəqiqədə bəhrəsini verib. Madi Kamara "Neftçi"nın qapısına yol tapıb. Futbolçu çox keçmədən kobud oyuna yol verdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Nəticədə zədələnən Namiq Ələsgərov da meydanı tərk etməli olub. İkinci yarıda isə oyundakı futbolçuların sayı bərabərləşib. 63-cü dəqiqə Mert Çelikə qırmızı vərəqə verilib. Beləliklə, görüş "Olimpiakos"un minimal hesablı qələbəsilə yekunlaşıb.
Cavab matçı iyulun 28-də Bakcell Arenada keçiriləcək.

CANLI YAYIM