“Qızıl oğlan” mükafatına namizəd futbolçuların adları açıqlanıb

16 Oktyabr, 14:37 Sosial mediada paylaşın:
Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb.
 
İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafatı qazanmağa 20 iddiaçı var.
 
Qızıl oğlan mükafatına namizədlər: Alfonso Devis (Kanada, "Bavariya"), Canluici Donnaruma (İtaliya, "Milan"), Ansu Fati (Qvineya-Bisau, "Barselona"), Filip Foden (İngiltərə, "Mançester Siti"), Matteo Günduzi (Fransa, "Arsenal"), Erlinq Holand (Norveç, "Zaltsburq") Kay Haverts (Almaniya, "Bayer", Leverkuzen), Joao Feliks (Portuqaliya, "Atletiko Madrid"), Deyan Yoveliç (Serbiya, "Ayntraxt"), Moyze Kin (İtaliya, "Everton"), Li Kan İn (Cənubi Koreya, "Barselona"), Andrey Lunin (Ukrayna, "Valyadolid"), Doniell Malen (Niderland, PSV), Meyson Maunt (İngiltərə, "Çelsi), Rodriqo (Braziliya, "Real Madrid"), Ceydon Sanço (İngiltərə, "Borussiya", Dortmund), Ferran Torres (İspaniya, "Valensiya), Vinisius (Braziliya, "Real Madrid") Nikola Canolo (İtaliya, "Roma"), Matteis De Liqt (Hollandiya, "Yuventus")
 
Bu oyunçulardan Günduzi ilk qolunu ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a vurub. Bu, 2018-ci il oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş verib. Həmin matç "Arsenal"ın qələbəsi ilə yekunlaşıb - 3:0.   
 
Qeyd edək ki, səsvermənin qalibini Avropanın aparıcı idman nəşrlərinin jurnalistləri müəyyənləşdirəcək. Qalib dekabrın 16-da açıqlanacaq. Mükafat 2003-cü ildə təsis edilib. 

CANLI YAYIM