Venger "Real"ın təklifini niyə rədd edib

16 Oktyabr, 14:18 Sosial mediada paylaşın:
“Kiçik yaşlarımdan istədiyim kimi işləyəcəyimi düşünürdüm. Hərdən fikirləşirdim ki, hər şey yaxşıdır, ya yox? Amma “Arsenal”da özümü istədiyim kimi işləyəcəyim bir klubda hiss edirdim. Bütün bunları niyə dəyişməlisən?”
 
Bu sözləri "Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger karyerası haqda vediyi açıqlamada deyib.
 
70 yaşlı məşqçi “Arsenal”da çalışdığı dövrdə niyə “Real”ın təklifini rədd etdiyinin səbəbini də açıqlayıb: “Bəlkə də “Real”da daha yaxşı şəraitdə işləsəydim, kluba təsirim də az olardı. Buna görə də hekayəmi “Arsenal”la davam etdirəcəyimə qərar verdim”.
 
Xatırladaq ki, A.Venger 1996-2018-ci illər ərzində London klubunu çalışdırıb.

CANLI YAYIM