ABŞ-da "Formula 1" üzrə daha bir Qran-pri keçiriləcək

16 Oktyabr, 11:23 Sosial mediada paylaşın:
ABŞ-ın Florida ştatındakı Mayami şəhərində 2021-ci ildə "Formula 1" üzrə Qran-pri keçiriləcək.
 
Bununla bağlı "Formula 1" və Mayami rəsmiləri arasında razılıq əldə olunub. Yarış "Mayami Dolfins"in ev oyunlarını keçirdiyi "Hard Rock Stadium"un ətrafında gerçəkləşəcək. Qran-prinin şəhər küçələrində təşkilinə dair müraciət isə yerli rəhbərliyin sərt etirazı ilə qarşılanıb.
 
Qeyd edək ki, ABŞ-da daha bir Qran-pri Texas ştatındakı Ostin şəhərində keçirilir.