Boksçumuz Avropa birinciliyində bürünc medalı təmin edib

9 İyul, 10:55 Sosial mediada paylaşın:
Boksçumuz  Məhəmmədəli Qasımzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin startında uğurlu nəticələrlə fərqlənib.
54 kq-da mübarizə aparan atletimiz ukraynalı rəqibini məğlub edəndən sonra estoniyalı yaşıdını da mübarizədən kənarlaşdıraraq yarımfinala çıxıb. Beləliklə o, ən azı bürünc medalı təmin edib.Boksçumuz finala gedən yolda rəqibi rumıniyalı idmançı olacaq. Qeyd edək ki, qitə yarışında 30 ölkədən 339 boksçu mübarizə aparır.

CANLI YAYIM