Yeniyetmə boksçularımız Avropa birinciliyində mübarizəyə başlayırlar

3 İyul, 14:30 Sosial mediada paylaşın:
Bu gün Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürür.
Gürcüstanın paytaxtında 9 gün davam edəcək çempionatda Azərbaycan yığması həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.
Oğlanların yarışında komandamız 11 boksçu ilə - Tofiq Quliyev (46 kq), Kənan Babayev (48 kq), Ənəs Ağayev (50 kq), Mahir Süleymanov (52 kq), Məhəmmədəli Qasımzadə (54 kq), Nadir Məlikov (57 kq), Fuad Babayev (60 kq), Fərhad Şeydayev (63 kq), Ziya Həsənov (66 kq), Lətif Həsənov (70 kq) və Eldar Əsədli (80 kq-dan yuxarı) təmsil olunur.
Qızlar arasında isə turnirə Lilya Platova (54 kq), Emili Rzayeva (63 kq) və Ayna Rüstəmova (66 kq) qatılıblar.
Avropa birinciliyinin final görüşləri iyulun 11-də baş tutacaq. Yarışda 30 ölkədən 300-dən çox boksçu gücünü sınayacaq.

CANLI YAYIM