AÇ-2020-nin final mərhələsinin səbətləri

15 Oktyabr, 20:28 Sosial mediada paylaşın:
AÇ-2020-nin qrup mərhələsi artıq başa çatmaq üzrədir. Bu gün keçiriləcək görüşləri nəzərə almasaq, sona cəmi 2 tur qalıb. Bir neçə milli qitə birinciliyinin final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.
 
Payızın sonuna qədər 20 milli komandanın adı rəsmən məlum olacaq.
Daha 4 yığma isə martın sonu, aprelin əvvəlində müəyyənləşəcək - Millətlər Liqasının pley-off mərhələsinin nəticələrinə əsasən. Tarixdə ilk dəfə 12 ölkədə təşkil ediləcək AÇ-2020-nin final mərhələsinin səbətlərinin müəyyənləşməsinə gəlincə, ilk “altılıq”a ən yaxşı qrup qalibləri, ikinci “altılıq”a nisbətən az xal yığan dörd qrup birincisi və ikinci yeri tutan ən yaxşi iki komanda düşəcək.
 
Üçüncü səbətdə qruplarda ikinci yerdən AÇ-yə çıxan və seçim baxımından 3-8-ci yerləri tutan komandalar olacaq. Nəhayət, son səbətdə ikinci yerlərdən daha iki komanda və Millətlər Liqasından dörd komanda yer alacaq.
 
AÇ-nin final mərhələsinin püşkü noyabrın 30-da Buxarestdə keciriləcək tədbirdə atılacaq.

CANLI YAYIM