Fransanın idman nazirindən Türkiyə millisinin cəzalandırılması tələbi

15 Oktyabr, 14:17 Sosial mediada paylaşın:
Fransanın idman naziri Roksana Marasinyanyu Türkiyə millisinin cəzalandırılmasını istəyir.
 
Bu barədə o, özünün "Tvitter" hesabında yazıb. R.Marasinyanyu UEFA-dan Türkiyə yığmasının futbolçularının Fransa ilə matçda qol sevincini əsgər salamı ilə qeyd etdiyi üçün cəza verilməsini tələb edib:
 "Fransa Futbol Federasiyasına və polisə matç zamanı təhlükəsizliyi təmin etdiyi üçün təşəkkür edirəm. Türk futbolçular bu səyləri korladılar. Onların əsgər salamı idmanın ruhuna ziddir. Mən UEFA-dan sanksiyaları tətbiq etməyi tələb edirəm".
 
Qeyd edək ki, Albaniya ilə görüşdə də Türkiyə millisinin futbolçuları əsgər salamı verdikləri üçün yığmanın cəzalandırıla biləcəyi xəbərləri yayılmışdı, amma bu iddialar sonradan təkzib olunmuşdu.

CANLI YAYIM