Avropa çempionatı: Boksçumuz bürünc medal qazanıb

23 İyun, 11:00 Sosial mediada paylaşın:
İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin qarşılaşmaları keçirilib.
Xəbər verilir ki, 41 ölkənin qatıldığı yarışın altıncı günündə Azərbaycan millisinin 1 idmançısı final uğrunda mübarizə aparıb. Ardıcıl olaraq Uça Jorjolianiyə (Gürcüstan), Maqomed Şamsayevə (Rusiya) və David Gevorqyana (Almaniya) qalib gələn Ruslan Rüstəmov (64 kiloqram) finalda israilli Ahmad Ştivi ilə üz-üzə gəlib. Boksçumuz bu dəfə uğurlu seriyanı davam etdirə bilməyib və finala rəqib yüksəlib. Nəticədə, R.Rüstəmov Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq.

CANLI YAYIM