Zaqatalada 16 yaşlı şahmatçılar arasında Olimpiada keçiriləcək

22 İyun, 17:30 Sosial mediada paylaşın:
On altı yaşadək yeniyetmələr arasında şahmat Olimpiadası keçiriləcək.Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəsmi saytına istinadla xəbər verilir ki, turnir iyulun 14–24-də Zaqatala Olimpiya İdman Kompleksində təşkil ediləcək.
Olimpiadaya respublikanın bütün şəhər və rayonlarının, eləcə də idman-şahmat məktəbləri, şahmat klubları və idman cəmiyyətlərindən qızlar və oğlanlar iştirak edəcəklər.
Olimpiada iki yaş qrupu üzrə keçiriləcək. A qrupunda 13-16 yaşlı, B qrupunda isə 2009-cu il təvəllüdlü və daha kiçikyaşlı şahmatçılar mübarizə aparacaqlar. A qrupunda aşağı yaş qrupuna aid şahmatçılardan yalnız son Avropa və dünya çempionatının mükafatçıları və ya AŞF-nin rəyi ilə şahmatçılar iştirak edə bilərlər.
Yarış İsveçrə sistemi üzrə keçiriləcək.

CANLI YAYIM