Şəhid Xalid Əzizzadənin xatirəsinə mini futbol üzrə Bakı turniri keçirilib

22 İyun, 16:30 Sosial mediada paylaşın:
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Bakı Kənd Futbol Federasiyası tərəfindən Xətai rayonunda yerləşən “AzFar” stadionunda Aprel döyüşləri şəhidi Xalid Əzizzadənin xatirəsinə həsr olunmuş mini futbol üzrə paytaxt turniri keçirilib. BŞGİBİ-dən bildiriblər ki, turnirdə Bakı şəhərinin kənd və qəsəbələrini təmsil edən 8 komanda iştirak edib. Final oyununda “Mübariz” komandası “Spartak”ı məğlub edərək turnirin qalibi olub. “Balaxanı” komandası üçüncü yeri tutub. Qalib və mükafatçı komandalara Baş İdarə tərəfindən diplom, medal və kubok təqdim edilib.

CANLI YAYIM