Dünya kubokunda 7 şahmatçımız iştirak edəcək

22 İyun, 16:00 Sosial mediada paylaşın:
İyulun 10-da Rusiyanın Soçi şəhərində start götürəcək dünya kubokunda iştirak edəcək bütün şahmatçıların adları məlum olub.
Xəbər verilir ki, ölkəmiz kişilərin yarışında üç, qadınların mübarizəsində isə dörd şahmatçı ilə təmsil olunacaq.
Kişilər arasında dünya kubokunda ölkəmizi yüksək reytinqinə görə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov, son Azərbaycan çempionu Vasif Durarbəyli və FIDE tərəfindən xüsusi dəvət almış Nicat Abasov təmsil edəcəklər.
Qadınların yarışında isə ölkəmizi Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və son ölkə çempionu Gülnar Məmmədova təmsil edəcəklər.

CANLI YAYIM