“Avro-2020”: Çexiya millisi İngiltərə, Xorvatiya isə Şotlandiya ilə qarşılaşacaq

22 İyun, 13:30 Sosial mediada paylaşın:
Bu gün futbol üzrə “Avro-2020”nin qrup mərhələsinin üçüncü turu çərçivəsində daha 2 oyun keçiriləcək.
Xəbər verilir ki, hər iki qarşılaşma D qrupu çərçivəsində təşkil olunacaq. Dörd xalla qrupda ilk iki pillədə qərarlaşan Çexiya və İngiltərə yığmaları “Uembli” stadionunda üz-üzə gələcəklər. Görüşü portuqaliyalı Artur Diaş idarə edəcək. Komandalara növbəti mərhələyə vəsiqə üçün heç-heçə də kifayət edəcək.
Qrupun digər oyununda son dünya çempionatının finalçısı Xorvatiya Şotlandiyanı sınağa çəkəcək. Hər iki kollektiv növbəti mərhələ üçün mütləq qələbə qazanmağa çalışacaq. Qlazqo şəhərindəki “Hempden Park” stadionundakı matçın baş hakimi argentinalı Fernando Rapallini olacaq. Hər iki komandanın aktivində 1 xal var.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

CANLI YAYIM