Tokio Olimpiadası zamanı idman məkanlarında alkoqollu içkilərin satışına icazə verilə bilər

22 İyun, 13:00 Sosial mediada paylaşın:
Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları yarış zamanı idman məkanlarında alkoqollu içkilərin satışına icazə verməyi düşünürlər.
Kyodo agentliyinə istinadla xəbər verilir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato mətbuat konfransında məlumat verib.
Təşkilat komitəsi rəhbərinin sözlərinə görə, stadionlarda alkoqollu içkilərin satışına icazə verilib-verilməməsi məsələsi araşdırılır.
O, qeyd edib ki, bununla bağlı qərar həftənin sonuna qədər verilə bilər. Bu təşəbbüs Oyunların sponsoru olan alkoqollu içki istehsalçıları tərəfindən fəal şəkildə dəstəklənir. Təşkilatçıların, ehtimal ki, alkoqol satışına icazə verəcəkləri qeyd olunur.
Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar cari ilə keçirilib. Belə ki, Tokioda Olimpiya Oyunlarının iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunlarının isə avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılıb.

CANLI YAYIM