Azərbaycan millisi I Dünya Çimərlik Oyunlarında daha bir medal qazanıb

15 Oktyabr, 10:49 Sosial mediada paylaşın:
Azərbaycan milli komandası Qətərdə keçirilən I Dünya Çimərlik Oyunlarında daha bir medal qazanıb.
Triatlonun akvatlon (üzmə, velosiped sürmə və qaçışdan ibarət multi-idman) növü üzrə qarışıq komanda yarışında Rostislav Pevtsov və Kseniya Levskovskayadan ibarət cütlük gümüş medal əldə edib.
Onlar 1 saat 3,55 dəqiqə göstərici ilə ikinci olublar. İspaniya (1.03:43) qızıl, Macarıstan isə (1.04:31) bürünc medal götürüb.
 
Qeyd edək ki, bunadək triatlonun akvatlon (üzmə, velosiped sürmə və qaçışdan ibarət multi-idman) növü üzrə fərdi yarışlarda Levskovskaya gümüş, Pevtsov isə bürünc medal qazanıb.
Həmçinin Pənah İlyaslı (70 kq) çimərlik güləşində ikinci yeri tutub. 

CANLI YAYIM