“Zirə” klubu iki futbolçusu ilə yollarını ayırıb

22 İyun, 12:30 Sosial mediada paylaşın:
Bakının “Zirə” klubu iki futbolçusu ilə yollarını ayırıb.
Kluba istinadla xəbər verilir ki, Bakı təmsilçisi Fakundo Melivilo və Şəhriyar Rəhimov ilə vidalaşıb.
Argentinalı hücumçu ilə bağlanmış müqavilə başa çatıb, Ş.Rəhimov isə qarşılıqlı razılaşma əsasında komandadan ayrılıb.
Klub rəhbərliyi futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.

CANLI YAYIM