“A” lisenziyasının yenilənmə kursu başqa vaxta keçirilib

21 İyun, 15:15 Sosial mediada paylaşın:
İyunun 25-26-da AFFA tərəfindən Bakıda UEFA-nın "Pro" və "A" kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək.
AFFA-ya istinadla xəbər verilir ki, müraciətlərin çoxluğunu nəzərə alaraq, qeyd olunan tarixlərdə UEFA “Pro” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları təşkil olunacaq.
UEFA “A” kateqoriyalı lisenziyaların yenilənmə kursu isə daha sonra keçiriləcək. Kursun keçiriləcəyi tarixlər barədə yaxın günlərdə əlavə məlumat yerləşdiriləcək.

CANLI YAYIM