“Neftçi” Sloveniyada Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq

21 İyun, 13:15 Sosial mediada paylaşın:
Bakının “Neftçi” futbol klubunun təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib.
Kluba istinadla xəbər verilir ki, komandamız iyunun 25-də Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq.
“Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komandamız toplanış çərçivəsində iyunun 21-də yerli “Olimpiya” (Lyublyana), ayın 29-da isə Moskva “Spartak”ı ilə üz-üzə gələcək.

CANLI YAYIM