Şahmatçımız Teymur Rəcəbov “Grand Chess Tour” yarışının ikinci mərhələsinin blits turnirində mübarizə aparacaq

21 İyun, 12:15 Sosial mediada paylaşın:
İyunun 21-də Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinin blits turniri start götürür.
Xəbər verilir ki, şahmatçımız bu gün 9 turda mübarizə aparacaq. Belə ki, T.Rəcəbov Alireza Firuzca (FIDE), Uesli So (ABŞ), Yan Nepomnyaşı (Rusiya), Fabiano Karuana (ABŞ), Riçard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Peter Svidler (Rusiya), Levon Aronyan (Ermənistan) və Vladimir Kramnik (Rusiya) ilə mübarizə aparacaq.
Qeyd edək ki, iyunun 18-20-də “Grand Chess Tour”un ikinci mərhələsinin rapid yarışları keçirilib. Şahmatçımız turnirin yekun nəticələrinə görə, 8 xalla səkkizinci yeri tutub. Rapid yarışının qalibi 12 xalla ABŞ təmsilçisi Uesli So olub.

CANLI YAYIM