AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın rəhbəri Cianni İnfantino arasında görüş olub

21 İyun, 10:00 Sosial mediada paylaşın:
“Avro-2020”nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda təşkil olunan İsveçrə - Türkiyə oyununu izləmək üçün Bakıda səfərdə olan FIFA prezidenti Cianni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
AFFA-ya istinadla xəbər verilir ki, görüşdə “Avro-2020”nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb. FIFA prezidenti təşkilati işlərin yüksək səviyyəsindən məmnunluğunu bildirib.

CANLI YAYIM