Futzal üzrə UEFA Çempionlar Liqasının yeni mövsümünün püşkü iyulun 7-də atılacaq

17 İyun, 18:00 Sosial mediada paylaşın:
Futzal üzrə UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümünün püşkü iyulun 7-də atılacaq. Turnirdə ölkəmizi “Araz” klubu təmsil edəcək.
Püşkatmada ilkin və əsas mərhələdə mübarizə aparacaq klublar rəqibləri ilə tanış olacaqlar. Dörd ölkə - İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan hərəyə 2 təmsilçi ilə mübarizə aparacaq. Son qalib “Sportinq” də daxil olmaqla həmin 8 klub yüksək reytinqə malik olduqlarından, onlar əsas mərhələdən yarışa qoşulacaqlar.
İlkin mərhələnin oyunları avqustun 20-dən 25-dək, əsas mərhələnin görüşləri oktyabrın 26-dan 31-dək, elit-raundun qarşılaşmaları noyabrın 23-dən 28-dək keçiriləcək. “Dördlər finalı”nda yarımfinal matçları isə gələn il aprelin 28-29-da, 3-cü yer və final dueli isə aprelin 30-da və ya mayın 1-də baş tutacaq.
İlkin mərhələdə komandalar hər birində 4 iştirakçı olmaqla qruplara bölünəcəklər. Qrup qalibləri və ən yaxşı göstəriciyə malik qrup ikincisi əsas mərhələyə yüksələcək.
Elit-raundda 16 klub mübarizə aparacaq. İştirakçılar noyabrın 3-də keçiriləcək püşklə 4 qrupa bölünəcəklər. Ancaq qrup qalibləri (cəmi 4 komanda) “Dördlər finalı”nda iştirak edəcəklər. Final mərhələsi isə 2022-ci ildə təşkil ediləcək.

CANLI YAYIM