“Sivasspor” klubu qapıçısı Mamadu Samassa ilə yollarını ayırıb

17 İyun, 16:30 Sosial mediada paylaşın:
Türkiyənin “Sivasspor” futbol klubu qapıçısı Mamadu Samassa ilə yollarını ayırıb.
Klub rəhbərliyi müqaviləsinin müddəti bitən 31 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Samassa 2019-cu ilin iyunundan “Sivasspor”un uğurları üçün çalışıb. Mali yığmasının formasını geyinən qolkiper, daha əvvəl “Trua” və “Genqam” klublarında da çıxış edib.

CANLI YAYIM