“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirəcək

17 İyun, 15:30 Sosial mediada paylaşın:
“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirəcək.
31 yaşlı hücumçu “Kocaelispor” klubuna keçib. Bu barədə Birinci Liqa təmsilçisinin saytı məlumat yayıb.
Cənubi Afrika Respublikasından olan futbolçu ilə imzalanan müqavilənin detalları hələ ki, açıqlanmayıb.
Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Dino bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb.

CANLI YAYIM