“Sumqayıt” klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib

17 İyun, 13:30 Sosial mediada paylaşın:
2021/2022-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.Azərbaycan millisinin yarımmüdafiəçisi Tellur Mütəllimov növbəti mövsümdə də komandada çıxış edəcək.
Qeyd edək ki, ötən mövsümdən “Sumqayıt”ın şərəfini qoruyan T.Mütəllimov ümumilikdə 25 oyunda meydana çıxıb. O, 3 dəfə də rəqib qapılarına yol tapmağa müvəffəq olub.

CANLI YAYIM