Paracüdoçularımız Böyük Britaniyada beynəlxalq Qran-Pri turnirində iştirak edəcəklər

17 İyun, 13:00 Sosial mediada paylaşın:
İyunun 19-20-də Böyük Britaniyanın Uorvik şəhərində paracüdo üzrə beynəlxalq Qran-Pri turniri keçiriləcək.
Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, milli komandamız turnirdə iştirak etmək üçün Böyük Britaniyaya yola düşüb.
Qeyd edək ki, turnir “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları öncəsi sonuncu reytinq xalı qazandıran yarışdır.

CANLI YAYIM