Buffon “Parma” ilə ikiillik müqavilə imzalayıb

17 İyun, 12:00 Sosial mediada paylaşın:
İtaliyanın “Yuventus” futbol klubunun qapıçısı Canluici Buffon “Parma” komandasına keçib.
Xarici KİV-lərə istinadla xəbər verilir ki, qapıçı artıq klubla 2023-cü ilə qədər müqavilə imzalayıb. Futbolçunun yeni komandasının rəhbərliyi təcrübəli oyunçunu bu gün təqdim edəcək.
“Parma” son mövsümün nəticələrinə görə, A Seriyasından kənarda qalıb.
Xatırladaq ki, Buffon “Parma”nın yetirməsidir. Tanınmış futbolçu 1995-2001-ci illərdə klubda 160-dan çox oyun keçirib.

CANLI YAYIM