“Masters” turniri: Nicat Abasov Çexiya şahmatçısı ilə mübarizə aparacaq

17 İyun, 11:30 Sosial mediada paylaşın:
İyunun 17-də ənənəvi Praqa şahmat festivalının əsas yarışının – “Masters” turnirinin dördüncü turunun oyunları keçiriləcək.
Azərbaycan şahmatçısı Nicat Abasov dördüncü turda Çexiya təmsilçisi David Navara ilə üz-üzə gələcək. Şahmatçımız ağ fiqurlarla mübarizə aparacaq.
Turun digər oyunlarında Polşa təmsilçiləri Yan-Kşıştof Duda Çexiyanın digər şahmatçısı Tay Dan Van Nquyen, Radoslav Voytaşek ABŞ təmsilçisi Sem Şenkland, niderlandlı Jorden Van Forest isveçli Nils Qrandelius ilə qarşılaşacaqlar.
Turnir cədvəlinin lideri 2,5 xalla S.Şenklanddır. N.Abasov isə 2 xalla ikinci pillədə yer alıb.

CANLI YAYIM