“Dinamo” – “Neftçi” matçının saatı açıqlandı

17 İyun, 10:30 Sosial mediada paylaşın:
“Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstan “Dinamo”su ilə Tbilisidə keçirəcəyi ilk oyunun vaxtı açıqlanıb. "Ağ-qaralar"ın rəsmi saytına istinadən məlumata görə, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 14-də “Bakcell Arena”da keçiriləcək.

CANLI YAYIM