Fransa rejissorları Türkiyə millisinin əsgər salamını nümayiş etdirməyiblər

15 Oktyabr, 10:12 Sosial mediada paylaşın:
Türkiyə milli komandası Fransa yığmasına AVRO-2020-nin seçmə matçında vurduğu qolu əsgər salamı ilə qeyd edib.
 
Bu Parisdəki "Stad de Frans"da keçirilmiş oyunun 82-ci dəqiqəsində baş verib.
 
Kaan Ayxanın bərabərlik qolundan sonra bütün futbolçular qapı arxasındakı tribunalara tərəf gediblər. Onlar Türkiyə ordusunun "Barış pınarı" əməliyyatına dəstəklərini əsgər salamı ilə göstəriblər. Lakin fransalı rejissorlar bu epizodun televiziya ilə nümayişinə imkan verməyiblər.
 
Halbuki daha əvvəl Türkiyənin Albaniya ilə matçında vurduğu qoldan sonra futbolçuların əsgər salamı ekranlarda göstərilmişdi.
 
Qeyd edək ki, Fransa - Türkiyə matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşü 30 minədək türk azarkeş izləyib.

CANLI YAYIM