Bədii və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə yekun vurulub

14 Oktyabr, 13:54 Sosial mediada paylaşın:
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, eləcə də 6-cı Bölgələrarası Kubok başa çatıb.
Aerobika üzrə 5-ci Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub. Dörd günlük yarışlarda bədii gimnastika təmsilçiləri 4 yaş qrupunda fərdi və qrup hərəkətləri proqramında, aerobika gimnastları isə 4 yaş kateqoriyası üzrə fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında çıxış ediblər.
Bədii gimnastika yarışlarında Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə International” klubları, və Respublika Kompleks İdman Məktəbinin, bölgələr arasında Xırdalan, Sumqayıt, Mingəçevir, Şirvan, Zaqatala, Qusar və Naxçıvanın, aerobika gimnastikası üzrə yarışlarda isə “Ocaq Sport” klubunun yetirmələri fərqləniblər.
Qeyd edək ki, gimnastika növləri üzrə növbəti yerli yarışlar noyabr ayında baş tutacaq. Noyabr 8-i tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi, 9-u isə batut gimnastikası üzrə 5-ci Azərbaycan çempionatı və birinciliyi təşkil ediləcək.

CANLI YAYIM