Gimnastımız bürünc medal qazandı

24 May, 11:48 Sosial mediada paylaşın:
Bakıda aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarına yekun vurulub. Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar mübarizə aparıblar. Fərdi yarışda təmsilçilərimizdən Məryəm Topçubaşova mükafat əldə edib. 12-14 yaş qrupunda mübarizə aparan gimnastımız 3-cü yeri tutub və bürünc medala layiq görülüb. Məryəm Topçubaşova yalnız Rusiya gimnastlarında geri qalıb.
Evelina Kozlovskaya, Məryəm Topçubaşova, Fidan İbrahimova,  Leyla Əhmədova və Aylin Əliyevadan ibarət qrup komandamız da final mərhələsində çıxış edib. onların hərəkətləri 17,875 balla qiymnətləndirilib. Yekunda komandamız 5-ci olub.
Sara Əlixanlı, Sənəm Kazımova və Aliyə İsmayılovadan ibarət "3-lük" isə final mərhələsində 17,800 balla 7-ci nəticə göstərib. 

CANLI YAYIM