Voleybol millimizin Avropa çempionatında rəqibləri məlumdur

21 May, 11:54 Sosial mediada paylaşın:
Qadın voleybolçulardan ibarət millimizin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib. Avqustun 18-dən sentyabrın 4-dək keçirləcək qitə yarışın həlledici mərhələsinə Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. Serbiyanın paytaxtı Belqradda keçirilən püşkün nəticəsinə əsasən komandamız A qrupunda yarışacaq. Voleybolçularımızın rəqibləri Serbiya, Rusiya, Belçika, Fransa, eləcə də Bosniya və Herseqovina yığması olacaq. Seçməmizin oyunları Belqraddakı  "Ştark Arena"da keçiriləcək.  İştirakçılar  hərəsində 6 komanda olmaqla 4 qrupda mübarizə aparacaq. Digər qruplarda isə bu komandalar yer alıb.
B qrupu, Bolqarıstan, Polşa, Almaniya, İspaniya, Çexiya, Yunanıstan
C qrupu Xorvatiya, İtaliya, Belarus, Slovakiya, Macarıstan, İsveçrə
D qrupu  Rumıniya, Türkiyə, Hollandiya, Ukrayna, Finlandiya, İsveç
Qruplarda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə yüksələcək.
Pley-off və 1/4 final mərhələsinin görüşləri Belqrad və Plovdiv şəhərlərində təşkil oluacaq. Mükafatlar uğrunda matçlar isə Serbiyada keçiriləcək.

CANLI YAYIM