"Leykers" həlledici mərhələdə!

20 May, 13:15 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında pley-ofa çıxan daha bir komandanın adına aydınlıq gəlib.
Həlledici mərhələyə vəsiqə uğrunda “Los Anceles Leykers” və “Qolden Steyt Uoriorz” üz-üzə gəlib. Böyük fasiləyə kimi qonaqlar üstünlük qazansalar da, digər periodlarda Los Anceles basketbolçuları fərqi azaltmağa nail olublar. Yekunda “Leykers” 103:100 hesabilə qələbə qazanaraq pley-ofa çıxıb. “Qolden Steyt”in heyətində Stefan Körri 37 xal, 7 ribaund, 3 məhsuldar ötürməylə fərqlənib. Qalib komandanın lideri Lebron Ceyms isə 22 xal, 11 ribaund, 10 məhsuldar ötürməylə tripl-dabl edib. Məhz Lebronun 3 xallıq atışı Los Anceles klubuna qələbə qazandırıb. Komanda pley-ofda “Finiks Sanz”la qarşılaşacaq.

CANLI YAYIM