Millimiz Qızıl Avropa Liqasına hazırlaşır

19 May, 15:35 Sosial mediada paylaşın:
Qadın voleybolçulardan ibarət millimiz Qızıl Avropa Liqasında iştirak edəcək.  Pandemiya səbəbindən uzun müddətdir yarışlardan kənar voleybolçularımız artıq məqşləri bərpa ediblər. Millimiz Qızıl Avropa Liqasında Fransa, Rumıniya və İspaniya seçmələri ilə A qrupunda ilə yarışacaq. Komandamız turnirdə məşqçi Vüqar Əliyevin rəhbərliyi altında mübarizə aparacaq. Ona Eldar Yusubovla Famil Ağayev köməklik edəcəklər.  Yığmamızın  hazırlığı barədə məlumat verən Vüqar Əliyev qarşıdakı oyunlara ciddi  səylə hazırlaşdıqları deyib. O, gənc voleybolçularımızın heyətə cəlb olunacağını və onlara qarşıdakı yarışda böyük ümidlər bəslənildiyini bildirib.
Qızıl Avropa Liqasında ilk dövrənin oyunları mayın 28-dən 30-dək  Rumıniyada keçirilcək. Daha sonra komandamız Fransaya yollanacaq. Buradakı qarşılaşmalar iyunun 4-dən 6-dək təşkil oluancaq.

CANLI YAYIM