Madrid turniri sona yaxınlaşır

7 May, 16:37 Sosial mediada paylaşın:
Madriddə keçirilən yarışda qadınların turnirində finalçılar məlumdur. Belarus təmsilçisi Arina Sobolenko yarımfinalda rusiyalı Anastasiya Pavlyuçenkova ilə qarşılaşıb. Görüşün favoriti olan Sobolenko hər iki setdə qələbə qazanıb - 6:2 və 6:3. O, finalda Eşli Barti ilə qarşılaşacaq. Avstraliyalı tennisçi yarımfinalda ispaniyalı Paula Badosanı mübarizədən kənarlaşdırıb.
Kişilərin mübarizəsində isə 1/8 final görüşləri keçirilib. İtaliyalı Matteo Berrettini argentinalı Federiko Delbonislə üz-üzə gəlib. Ilk set tay-brekı qədər davam edib və burda Berrettini üstün olub. İtaliyalı raketka ustası 2-ci hissədə daha asan qələbə qazanıb - 6:4. O, ¼ finalda Kristain Qarin ilə qarşılaşacaq. Çili idmançısı sürprtiz edərək rusiyalı Daniil Medvedevi yarışdan kənarlaşdırıb. 

CANLI YAYIM