"Portu" Lissabondan bir xalla qayıdıb

7 May, 14:28 Sosial mediada paylaşın:
Portuqaliya çempionatının 31-ci turunun mərkəzi görüşü Lissabon şəhərində keçirilib.
Liderliyə iddialı “Portu” ən yaxın rəqibi “Benfika” ilə qarşılaşıb. 23-cü dəqiqədə paytaxt futbolçuları hesabı açıblar. Rafa Silvanın ötürməsindən sonra Everton topu qapıdan keçirib. Qoldan sonra irəli atılan “Portu” futbolçuları təşəbbüsü ələ alıblar. Fasilədən sonra 75-ci dəqiqədə Mateus Uribe bərabərlik qolunu vuraraq komandasını məğlubiyyətdən xilas edib. Qarşılaşmanın sonlarında “Benfika”nın yarımmüdafiəçisi Pitsi topu qapıdan keçirsə də VAR-a baxan hakim ofsayd qərarı verib. Görüş bu hesabla yekunlaşıb:  “Benfika” – “Portu” 1:1.
Beləliklə 71 xala malik “Portu” ikinci pillədəki mövqeyini qoruyub. “Benfika” isə 67 xalla ikincidir. Çempionata 79 xalla “Sportinq” başçılıq edir.

CANLI YAYIM