"Herta" "Frayburq"u 3 cavabsız qolla məğlub edib

7 May, 13:21 Sosial mediada paylaşın:
Almaniya çempionatının 30-cu turunda paytaxt təmsilçisi “Herta” doğma meydanda “Frayburq” ilə üz-üzə gəlib.
Hesab 13-cü dəqiqədə açılıb. Cordan Torunariqanın zərbəsini qapıçı dəf etsə də, növbəti cəhddə Kşiştof Pyontek topu qapıdan keçirərək Berlin klubunu irəli çıxarıb. Çox keçmədən fərq iki topa yüksəlib. Peter Pekarik fərqlənib. Fasilədən sonra da paytaxt futbolçuları təşəbbüsü əldən verməyiblər. 85-ci dəqiqədə Nemanya Radoniç rəqibi 3-cü dəfə mərkəzə dəvət edərək mübarizəyə nöqtə qoyub - “Herta” – “Frayburq” 3:0. Bu nəticə ilə xallarının sayını 30-a çatdıran “Herta” 1 pillə irəliləyərək 14-cü pillədə qərarlaşıb. “Frayburq” isə 41 xalla 9-cudur.

CANLI YAYIM