Cüdoçumuz Olimpiadaya lisenziya qazanıb

7 May, 11:30 Sosial mediada paylaşın:
Rusiyanın Kazan şəhərində cüdoçuların “böyük dəbilqə” yarışı keçirilir.
Mötəbər turnirin 2-ci günündə 81 kq-a qədər çəki dərəcəsində Murad Fətiyev qabonlu idmançıya qalib gələndən sonra rusiyalı rəqiblərinə də gücünü göstərərək yarımfinala çıxıb. Lakin Fətiyev bu mərhələdə Macarıstan cüdoçusuna uduzub. O, bürünc medal uğrunda Belarus atleti ilə üz-üzə gəlib. Rəqibinə cərimə xalı ilə qalib gələn Fətiyev fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Aktivinə daha 500 xal yazdıran cüdoçu Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı tam olaraq təmin edib. Xatırladaq ki, komandamız turnirin ilk gününü mükafatsız tamamlamışdı. Böyük Dəbilqəyə bu gün yekun vurulacaq. Yarışda 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayır.

CANLI YAYIM