Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürür

7 May, 11:20 Sosial mediada paylaşın:
Uzun fasilədən sonra Milli Gimnastika Arenası yenidən beynəlxalq yarışa ev sahibliyi edəcək.
Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürür. Milli Gimnastika Arenasında 3 gün davam edəcək yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Azərbaycan yığması Dünya Kubokunda 8 gimnastla təmsil olunur. Dünya Kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının üzvü olmaqla, ümumilikdə 167 gimnast iştirak edir. Yarışların ilk 2 günündə təsnifat mərhələləri olacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Yarışın son günündə qaliblər müəyyənləşəcək.

CANLI YAYIM