Ole-Qunnar Sulşer: "Ehtiyatı əldən vermək olmaz”

6 May, 16:41 Sosial mediada paylaşın:
Avroliqada digər yarımfinal oyunu İtaliyada keçiriləcək. “Roma” doğma meydanda “Mançester Yunayted”i qəbul edəcək.
Bu oyuna paytaxt klubu ciddi itkilərlə çıxacaq. Belə ki, müxtəlif səbəblərdən Nikola Zaniola, Stefan El Şaravi, Jordan Veretu və Pau Lopez heyətdən kənarda qalıb. İlk oyundakı böyükhesablı məğlubiyyətə baxmayaraq “Roma”nın baş məşqçisi nikbinliyini itirməyib: “Mərhələ adlamaq üçün ən azı 4:0 hesablı qələbə qazanmalıyıq. Bu ilk baxışdan qeyri mümkün görünsə də, futbolda hər şey mümkündü. Ən azı bunun üçün mübarizə aparacıq. Düzdü onların premyerliqada son oyunu təxirə salındı. “Liverpul”la ağır görüş keçirəcəklərini düşünürdüm. Amma indi qarşımızda daha yaxşı istirahət edən və hazırlıqlı komanda olacaq”
“Mançester Yunayted”də Antoni Marsialın zədəli olduğu bildirilir. Komandanın baş məşqçisi Ule-Qunnar Sulşer oyunla yanaşı “Liverpul”la görüşün təxirə salınmasından danışıb:  “Azarkeşlərimizin fikirlərinə hörmətlə yanaşmalıyıq. Onları dinləmək vacibdir. Amma onların etirazları da mədəni formada olmalıdır. Heç heçkimə zərər yetirməli deyil. Rəhbərliklə danışdım. Onlar da azarkeşlərdən baş verənlərə görə üzr istəyirlər. “Roma” ilə qarşılaşmaya gəldikdə isə ilk görüşdə böyük üstünlük əldə etmişik. Amma ehtiyatı əldən vermək olmaz”
 
Bakı vaxtı ilə saat 23-də başlanan “Roma” – “Mançester Yunayted” görüşünü Feliks Brixin başçılıq etdiyi almaniyalı hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM