Mikel Arteta: "İlk görüşdəki məğlubiyyətə baxmayaraq hədəf finaldır"

6 May, 15:36 Sosial mediada paylaşın:
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
“Arsenal” Londonda “Vilyarreal”ı qəbul edəcək. İspaniyada rəqibinə uduzan paytaxt klubu bu oyuna bir sıra itkilərlə çıxacaq. İlk görüşdə qırmızı vərəqə ilə cəzalandırılan Daniel Sebalyos qarşılaşmada iştirak etməyəcək. Zədəli olan David Luiz və Aleksandr Lakazetin isə meydana çıxması sual altındadır. Mətbuat konfransında Arsenalın baş məşqçisi Mikel Arteta oyunla bağlı fikirlərini açıqlayıb: “Avropa kuboklarında yarımfinala yüksəlmək böyük uğurdur. Amma bununla kifayətlənmək istəmirik. İlk görüşdəki məğlubiyyətə baxmayaraq hədəf finaldır. Avropada titul qazanmaq üçün var qüvvəmizi ortaya qoyacıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Zədəli oyunçulara gəldikdə David Luis oynamaq istəyir. Əgər tam hazır olarsa, onu meydanda görəcik. Luisin peşakarlığı və universallığına belə oyunlarda daha da üzə çıxır”
İlk görüşdə 2:1 hesabı ilə qalib gələn Vilyarreal da bir sıra itkilər var. Etyen Kapu cıəzalıdır. İborra və Xuan Foyt zədəlidir. Komandanın baş məşqçisi Unai Emeri də qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb: “Əla mövsüm keçiririk. Hazırda  Avroliqanın yarımfinalında olmaq gərgin əməyimizin nəticəsidir. Heyətimizdə yüksək texnikalı və sürətli futbolçular var. Amma eyni sözləri rəqib haqda da demək olar. Artıq onların oyununa bələdik. İlk görüşdəki qələbəni unudub diqqətimiz bu matça yönəltmişik. Finala yüksəlmək üçün var qüvvəmizlə mübarizə aparacıq” 
 
Qeyd edək ki, Arsenla – Vilyarreal görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanır. Oyunu Slavko Vinçiçin başçılıq etdiyi sloveniyalı hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM