"Neftçi" Sezar Meza Kolliyə təklif göndərib

6 May, 13:24 Sosial mediada paylaşın:
“Neftçi” klubu “Keşlə”nin aparıcı legioneri Sezar Meza Kollini transfer etməyə hazırlaşır.
Artıq paraqvaylı yarımmüdaiəçi ilə müqavilə şərtlərinin razılaşdırıldığı bildirilir. «Ağ-qaralar» ona hazırkı ıkomandasında qazandığından xeyli artıq maaş təklif edib. Əgər tərəflər arasında tam razılıq əldə olunsa Sezar “flaqman”la 2 illik müqavilə bağlayacaq.  Qeyd edək ki, ölkəmizdə “Zirə” klubunun da şərəfini qoruyan paraqvaylı futbolçu bir müddət Rumıniyanın “Krayova” klubunda çıxış etsə də, 2020-ci ildə yenidən “Keşlə”yə qayıdıb.

CANLI YAYIM