Bu gün mübarizəyə 4 cüdoçumuz qoşulacaq

6 May, 10:48 Sosial mediada paylaşın:
Rusiyanın Kazan şəhərində cüdoçuların “Böyük Dəbilqə” yarışı keçirilir.
Mötəbər turnirin 2-ci günü daha 4 idmançımız mübarizəyə qoşulacaq. 73 kq-a qədər çəkidə Nurlan Osmanov yunanıstanlı cüdoçu ilə üz-üzə gələcək. Rəşid Məmmədəliyev isə almaniyalı Entoni Zinq və rusiyalı Məhmədbəy Məhmədbəyov cütünün qalibi ilə qarşılaşacaq. 81 kq qədər çəki dərəcəsində Murad Fətiyev qabonlu, Hidayət Heydərov isə qırğızıstanlı idmançıya qarşı mübarizə aparacaq. Xatırladaq ki, komandamlız turnirin ilk gününü mükafatsız tamamlamışdı.

CANLI YAYIM