AFFA ölkə kubokunun finalına azarkeşlərin buraxılmasını istəyir

6 May, 10:45 Sosial mediada paylaşın:
AFFA Azərbaycan Kubokunun final oyununa azarkeşlərin buraxılması xahişi ilə Nazirlər Kabineti yanında Operativ qərargaha müraciət edib.
Bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib. O, müraciətdə azarkeş sayı ilə bağlı konkret rəqəm göstərmədiklərini və qurumdan müsbət cavab gözlədiklərini bildirib.
Qeyd edək ki, mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan Kubokunun final oyununda "Keşlə" və "Sumqayıt" komandaları üz-üzə gələcək.

CANLI YAYIM