"Mançester Siti" Çempionlar Liqasında finalında!

5 May, 15:03 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında yarımfinalında “Mançester Siti” PSJ-ni qəbul edib.
İlk oyunda səfərdə 2:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi üstünlüyünü qorumaq niyyətində idi. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsidə hesab açılıb. 11-ci dəqiqədə meydan sahibləri fərqlənib. Riyad Mahrez rəqib qapısına yol tapıb. Fasiləyədək bərabərlik üçün irəli atılan Paris futbolçuları bunu bacarmayıblar. İkinci yarıda da meydan sahibləri daha dəqiq oynayıb. 63-cü dəqiqədə fərq artıb. Mahrez dubl edib. Çox keçmədən qonaqlar azlıqda qalıblar. Anhel Di Mariya qırmızı vərəqə ilə cəzalandırılıb. Beləliklə, 2:0 hesabı ilə qələbə qazanan “Mançester Siti” UEFA Çmpionlar Liqasının finalına yüksəlib. Qeyd edək ki, yarımfinalın digər matçında “Çelsi” “Real”ı qəbul edəcək.

CANLI YAYIM